Azərbaycan və Belarusun musiqi alətlərinə həsr edilən marka buraxılacaq
Azərbaycan və Belarus hər iki ölkənin musiqi alətlərinə həsr edilmiş birgə marka seriyası təqdim edib. SİA-nın məlumatına görə, kiçik poçt vərəqi dörd seriyalı səkkiz markadan ibarətdir. Seriyanın birində Azərbaycan qədim musiqi aləti tar əks olunub, ikincisində isə qədim Belarus musiqi aləti təkərli lira təsvir edilib.
20 minlik tirajla buraxılmış markaların nominal dəyəri 50 qəpik təşkil edir.
Yeni markalar Azərbaycan və Belarusda 25 may 2011-ci il tarixində poçt dövriyyəsinə buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB