Kaşaqanda neft hasilatına 2012-ci ilin dekabrında başlanacaq

Kaşaqanda neft hasilatına 2012-ci ilin dekabrında başlanacaq

Qazaxıstanın nəhəng neft yatağı olan Kaşaqanda neft hasilatına 2012-ci ilin dekabrında və ya bundan 2-3 ay sonra başlanacaq. SİA xəbər verir ki, bu barədə İtaliyanın "Eni" şirkətinin icraçı direktoru Paolo Skaroni bildirib.

Qeyd edək ki, Qazaxıstanın bu məşhur neft yatağından hasilatın başlanması bir neçə dəfə təxirə salınıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, sözügedən yataqda neft ehtiyatlarının həcmi 10,5 mlrd. ton həcmində qiymətləndirilir. "Kaşaqan"in işlənməsi nəticəsində 2015-ci ildə Qazaxıstanda neft hasilatının 3 dəfə artacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə