Ötən ildə dünya bazarına nəql edilən neftin həcmi bəlli oldu
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci il ərzində 210 milyon barelə yaxın neft nəql edib. SİA xəbər verir ki, bu barədə “BOTAS International Limited”in rəsmi internet səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, 2020-ci ilin əvvəlindən noyabr ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 278 tankerə yüklənərək, dünya bazarına yola salınıb. Qeyd olunur ki, BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 571,1 milyon barelə yaxın neft nəql edilib. Bu neft 4 min 659 tankerə yüklənərək, dünya bazarlarına çıxarılıb.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Qeyd edək ki, şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB