Azərbaycan Avropa üçün yeni alternativ enerji təhlükəsizliyinin formalaşmasında mənbədir - ŞƏRH ÖZƏL
"Azərbaycan qazının Avropa bazarına çıxarılması Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Bu eyni zamanda Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımından da vacib hesab olunur. Azərbaycan qazı Cənub Qaz Dəhlizi çərçivəsində Avropa və xüsusən də son dayanacaq İtaliya olmaqla İtaliya bazarına çıxarılır. Bu bir tərəfdən Azərbaycan Avropa Birliyi arasındakı iqtisadi və strateji əməkdaşlığa pozitiv təsir göstərəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, xüsusən də Azərbaycan-İtaliya əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına imkan verəcək: "Eyni zamanda Azərbaycan üçün həm də bu iqtisadi bir hadisədir. Azərbaycan Cənub Qaz dəhlizi çərçivəsində bütövlükdə il ərzində Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəqletmək niyyətindədir. Həmçinin Türkiyə də Şərqi Avropadan Bolqarıstana daxili şəbəkə vasitəsilə ötürüləcək qazı da nəzərə alsaq Azərbaycan Cənub Qaz dəhlizi vasitəsilə 31,5 milyard kubmetr illik mavi qaz ixracatı həyata keçirmək niyyətindədir. Bu ölkəmiz üçün Cənub Qaz dəhlizinin reallaşmasından 100 milyard dollardan artıq gəlirin daxil olması deməkdir".
V.Bayramov vurğulayıb ki, bu da öz növbəsində enerji gəlirlərimizin diversifikasiyasına imkan yaradacaq: "Həmçinin Azərbaycanın regional strateji mövqeyi daha da möhkəmlənəcək. Çünki Azərbaycan bununla Avropanın enerji təhlükəsizliyinə daha yaxından töfhə vermək imkanı qazanacaq. Bütün bunlar ölkəmizin strateji mövqeyinə ciddi pozitiv təsir göstərəcək. Bu həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu da artıracaq və Azərbaycan praktik olaraq Avropa üçün yeni alternativ enerji təhlükəsizliyinin formalaşmasında mənbədir. Bu hadisə ölkəmizin strateji mövqeyinin uzun müddət daha da möhkəmlənməsi və kifayət qədər güclü olacağı mənasına gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB