Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyət arasında yalnış məlumatlar, fikirlər yayılıb. SİA Mərkəzi Bankdan aldığı məlumata istinadən xəbər verir ki, bu fikirlərə cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirdiyini bildirir.
Mərkəzi Bankın məlumatında qeyd olunur ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB