Sosial şəbəkələrdə devalivasiya olacağı barədə yayılan şayiələr əsassızdır - Elman Rüstəmov
Son günlər mediada, sosial şəbəkələrdə şaiyələrlə qarşılaşırıq ki, növbəti ildə devalivasiya olacaq. Bütün bu şayiələr əsassızdır.
SİA-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.
E.Rüstəmov bildirib ki, arzuonlumaz qüvvələr bunu reallıq kimi görür: “Lakin sizi əmin edirəm ki, bu proseslər üçün heç bir əsas yoxdur. Əgər krizisin ən kəskin dövründə Azərbaycan hökuməti bu məsələyə getmədisə, indi də getməyəcək.
Azərbaycan əhalisini belə şaiyələrə inanmamağa çağırıram. Azərbaycan cəmiyyətində bir aktivlik, nikbinlik var, qoy kimsə bizim nikbinliyimizə kölgə sala bilməsin”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB