2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdırılıb - Nazir

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdırılıb - Nazir

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdıırlıb. Beynəlxalq təşkilatların isə proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq. SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

M.Cabbarov bildirib ki, İqtisadiyyat Nazirliyi daha nikbin proqnozlarla çıxış edir.

Nazir bildirib ki, pandemiya səbəbindən hazırda proqnozlar qeyri-müəyyənlik şəraitində baş verir: "Lakin biz daha nikbinik və nikbinliyimiz Qarabağa böyük qayıdış və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya etdirilməsi ilə bağlıdır. Həmin ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə