Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar. Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Türk mətbuatının verdiyi məlumata görə, sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.

Məlumatı Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: “Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır".

Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə