\"Küləvi\" Qara Dəniz Terminalının istifadəyə verilməsinin 3 ili tamam olub. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən müddətdə böyük yol qət edən terminal Qafqaz regionunda ən uğurlu fəaliyyət göstərən terminallardan birinə çevrilib. 2008-ci ildə neft və neft məhsulları ilə yüklənmiş ilk sisternləri qəbul etməyə başlayan terminal 2010-cu ildən Qazaxıstanın Tengiz yatağından hasil edilən xam neftin ötürülməsinə başlayıb.
Kulevi terminalının ən böyük nailiyyətlərindən biri İnteqrasiya edilmiş İdarəetmə Sisteminin yaradılmasıdır ki, "Moody International" beynəlxalq reytinq agentliyinin rəyinə əsasən, ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə tam cavab verir.
Qeyd etmək lazımdır ki, terminal fəaliyyətə başladıqdan cəmi 6 ay sonra sertifikatlaşmadan uğurla keçib. Müasir texnologiya və yüksək ixtisaslı personal terminalda təhlükəsiz və səmərəli əməliyyatlar həyata keçirməyə, eləcə də qəzalara qarşı yüksək hazırlığa nail olmağa imkan yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB