23-24 May 2011-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində Radiorabitənin 6-cı İşçi Qrupunun iclası keçiriləcək. Bu barədə SİA-ya Dövlət Radiotezliklərlər İdarəsindən (DRİ) məlumat verilib.
İclasda Beynəlxalq Mobil Rabitənin baza stansiyaları tərəfindən istifadə olunmuş kanallardan UHF zolağında rəqəmsal yerüstü yayım xidmətinə göstərilən maneələrin qiymətləndirilməsi; VHF/UHF zolaqlarında rəqəmsal yerüstü televiziya xidmətləri meyarlarının və VHF zolağında yerüstü FM səs yayımı standartlarının planlaşdırılması; HDTV studio siqnalları üçün rəqəmsal interfeys; televiziya şəkillərinin keyfiyyətinin qiymətləndirilməsi; audio proqramın səs ucalığı və səviyyəsinin ölçülməsi üçün alqoritmlərin müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB