Neftin qiymətində yenə də ucuzlaşma müşahidə edilib. SİA-nın məlumatına görə, ucuzlaşmaya səbəb ABŞ iqtisadiyyatındakı geriləmə göstərilir. Belə ki, ABŞ iqtisadiyyatında aprel ayından bu yana geriləmə müşahidə olunur. Neft sənayesində ötən ayla müqayisədə artım olmayıb. Əksinə 0.4% azalma müşahidə edilib. ABŞ-da mart ayında 585 min binanın inşası gedirdisə, aprel ayına olan göstəricilərdə bu rəqəm 10,6% azalaraq 523 minə düşüb. Londonun ICE Futures birjasında iyul fyuçerslərində Brent markalı neftin bir barelinin qiyməti 0,85 dollar azalaraq 109,99 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə iyun fyuçerslərində WTI markalı neftin bir barelinin qiyməti 0,46 dollar azalaraq 96,91 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB