"Cari ilin xarici borclanma göstəricisini qənaətbəxş hesab etmək olar" Ekspert
"Azərbaycanın xarici dövlət borcunun 2021-ci ilin yanvarın 1-nə olan göstəricisinin Ümumi daxili məhsula olan faiz nisbətinin 19,4% təşkil edəcəyi gözlənilir". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, bir müddət əvvəl Dünya Bankı 2020-ci il üçün bu göstəricinin 19,6%, "Fitch Ratings" agentliyinə 18,3% təşkil edəcəyini bildirsə də, Beynəlxalq valyuta fondu Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 20.1% təşkil edəcəyini proqnozlaşdırmışdır.
Bu göstəricinin son proqnozu isə "Moody's Investors Service" tərəfindən gəldi. Onlar isə bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19,7% təşkil edəcəyilə bağlı öz proqnozlarını açıqlayıblar: "Beynəlxalq maliyyə qurumlarının və mövcud vəziyyətin real təhlilini nəzərə alsaq, cari ilin yekununda Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19.4%-dən bir qədər çox olacağını söyləmək olar. Bu isə ötən ilki göstəricilərlə müqayisədə kəskin fərqin yaranmadığını deməyə imkan verir. Belə ki, ötən il xarici dövlət borcu 9,1 milyard dollar olmuşdu. Cari ilin yekununda isə bu kateqoriyalı borc nisbətində cəmi 0.7%-lik bir artım gözlənilir. 2020-ci ildə səhiyyə, sosial-iqtisadi və hərbi sferada yaşananları nəzərə alsaq bu kifayət qədər qənaət bəxş edici haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB