RİTN: \"Mobil operatorların göstərdikləri xidmət artıq nazirliyin nəzarətindədir\"

RİTN: \"Mobil operatorların göstərdikləri xidmət artıq nazirliyin nəzarətindədir\"
Azərbaycanda telefon xətlərinin dəyişdirilməsinə ehtiyac duyulmur. SİA-nın xəbərinə görə,bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. O, nazirlik qarşısında belə bir hədəfin olmadığını bildirib: "Telefon xətləri yeni ATS-lər qurulduqca yenilənir, dəyişdirilir. Hansı telefon xəttinin parametri normaya uyğun deyilsə, onlar müəyyən edilərək yenisi ilə əvəzlənir. Bu ilin əvvəlində nazirlik bir neçə ölkədən tövsiyə və təkliflər alıb. Təkliflərə əsasən demək olar ki, alınacaq xüsusi cihazlar vasitəsilə telefon xətlərinin parametrləri müəyyənləşəcək, avtomatik olaraq uyğun gəlməyəni yenisi ilə əvəzlənəcək. Bütün bu işlər mərhələlərlə həyata keçiriləcək".

Azərbaycanda mobil operatorların manat-ödəmə sisteminə keçmələrinin ilk növbədə operatorların şəffaf xidmət göstərmələrini təmin etmək üçün atılmış addım olduğun deyən nazir müavini bildirib ki, kontur sistemində mobil operatorların fəaliyyətinə nəzarət etmək xeyli çətin idi: "İndi isə bizim onlara nəzarət etmək imkanımız yaranıb. Bundan başqa bizim araşdırmalarımız onu deməyə əsas verir ki, manat sisteminə keçid Azərbaycanda mobil rabitə tariflərinin iki dəfədən də aşağı düşməsinə imkan verib".

Nazir müavininin sözlərinə görə, ümumilikdə mobil operatorların göstərdikləri xidmət nazirliyin nəzarətindədir: " Biz abunəçilərin SMS və internet-xidmət də daxil olmaqla bütün şikayətlərinə baxmağa hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə