\"Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri\" mövzusunda seminar keçirilib
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində \"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı\"na uyğun olaraq \"Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri\" mövzusunda seminar keçirilib.
SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məumata görə tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, eləcə də Şəkidə turizm sahəsində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.
Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda seminar iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB