AzTEST ilk dəfə olaraq İSO standartları üzrə 2 müəssisəni sertifikatlaşdırıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşma həyata keçirib. AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı İSO 9001 "Keyfiyyəti idarəetmə sistemləri" standartı üzrə "Neftqazmaş" ASC-ni, İSO 18001 "Əməyin mühafizəsinin idarəetmə sistemləri" standartı üzrə "SS-EAST" MMC-ni sertifikatlaşdırıb.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu standartların tətbiqi müəssisələrə tədarükçü və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləmək, infrastrukturun daim işçi vəziyyətdə olmasını təmin etmək, kadrların səriştəliliyini artırmaq, uyğunsuz məhsulları (xidmətləri) idarə etmək, istehlakçıların məmnunluğunu artırmaq, müəssisədə insanların sağlamlığına zərər verən və mülkiyyətin dağıdılmasına səbəb olan təhlükələri müəyyənləşdirmək, bunlarla bağlı riskləri qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək, ekologiyanın çirklənməsinə səbəb olan mənbələri müəyyən etmək və onları neytrallaşdırmaq, məhsulların zərərli olmasına səbəb olan mənbələri müəyyən etmək və onların qarşısını almaq, istehsal proseslərini təkmilləşdirmək və s. imkanı verir.
Məlumat üçün bildirək ki, AzTEST Sertifikatlaşdırma Orqanı İSO 9001 "Keyfiyyəti idarəetmə sistemləri", İSO 14001 "Ətraf mühitin idarəetmə sistemləri", İSO 18001 "Əməyin mühafizəsinin idarəetmə sistemləri" və İSO 22000 "Yeyinti məhsullarının təhlükəsizliyinin idarəetmə sistemləri" beynəlxalq standartları üzrə sertifikatlaşma aparan orqan kimi 17 iyun 2010-cu il tarixində akkreditasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB