Neftin qiymətində yenə də ucuzlaşma müşahidə olunur

Neftin qiymətində yenə də ucuzlaşma müşahidə olunur

Neftin qiymətində yenə də ucuzlaşma baş verib. SİA-nın məlumatına görə, Londonun ICE Futures birjasında iyun fyuçerslərində Brent markalı neftin bir barelinin qiyməti 5,06 dollar azalaraq 112,57 dollar olub. Nyu-Yorkun NYMEX birjasında Light Sweet Crude Oil markalı neftin bir barelinin qiyməti isə 5,67 dollar azalaraq 98,21 dollar olub. Neftin qiymətinin ucuzlaşmasına səbəb kimi Çində olan inflyasiya göstərilir. Bu il Çində aprel ayından bu yana inflyasiya 5,3 % qalxaraq, bütün proqnozları alt-üst edib. Ümumilikdə isə bu il neftin qiymətinin sabit qalmamasına səbəb Liviya və Tripoldəki hadisələrlə yanaşı son günlərdə Çində yüksələn inflyasiya da göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə