İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Gəncə şəhərində tədbir keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-dən artıq sahibkarın iştirak etdiyi tədbirdə güzəştli kreditlərin verilmə mexanizmi, investisiya layihələrinin hazırlanması məsələsi ətraflı müzakirə edilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirlən layihələr barədə məlumat verib.
Bildirilib ki, 2011-ci ilin ötən dövrü ərzində fond müvəkkil kredit təşkilatları vasitəsi ilə sahibkarlıq subyektinin 544 investisiya layihəsinin maliyyələşməsinə 40,3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan böyük və irihəcmli invesitisiya layihəsinin maliyyələşdirilməsinə 33,9 milyon manat və 514 kiçikhəcmli investisiya layihələrinin maliyyələşdirilməsinə 6,4 milyon manat güzəştli kreditlər verib.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsi ilə Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manata yaxın güzəştli kredit verilib. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Gəncənin iqtisadi potensialına uyğun olaraq qənnadı məmulatlarının istehsalı, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması və ətlik, yumurtalıq quşçuluq layihələrinin təqdimatı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB