Azərbaycan və Çexiya qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarını müzakirə edəcək
15-22 may tarixlərində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Çexiya Respublikasına işgüzar səfər edəcək. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Çexiya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi və iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi olacaq.
Səfər çərçivəsində nümayəndə heyətinin Çexiya qiymətli kağızlar bazarında tənzimləyici funksiyaları yerinə yetirən Mərkəzi Bankı, Praqa Fond Birjası, qiymətli kağızların Mərkəzi Depozitarı, broker şirkətləri, investisiya bankları və qiymətli kağızlar bazarı iştirakçılarının peşəkar assosasiyaları ilə görüşlərin keçirilməsi və qarşılıqlı fayda doğuran məsələlərin müzakirəsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB