Tezliklə Ermənistanın Qarabağın deyil, müstəqilliyinin harayında olacaq" - EKSPERT
"Hazırda nə Ermənistan ordusunun hərbi itkilərini, nə də ölkə olaraq onlara dəymiş iqtisadi zərərin həcmini hesablamaq mümkün deyil. Çünki itkilərin və zərərin yaşandığı sahələr çoxsaylı istiqamətlərə şaxələnmişdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, çünki itkilərin və zərərin yaşandığı sahələr çoxsaylı istiqamətlərə şaxələnmişdır. Hər bir sahə üzrə onun miqyasını hesablamaq hazırkı vəziyyətdə heç Ermənistan dövlətinin özünə belə nəsib deyil. Yetərincə qaranlıq məqamlar, gizli itkilərin enən xətt üzrə kəskin dinamikası bu hesablamanı mümkünsüz edir: "Düzdür, indi istər yerli, istərsə də xarici ekspertlər müxtəlif üsullarla gündəlik ziyanın həcmini hesablamağa çalışırlar. Lakin hərbi itkilər üzrə əksər mənbələrdə qeyd edilən statistika üst-üstə düşsə də, iqtisadi itkilərin statistikası bir-birindən kəskin fərqlənir.
Bunun da yeganə səbəbi yuxarıda qeyd etdiyim kimi itkilərin və zərərin yaşandığı sahələrin çoxsaylı istiqamətlərə şaxələnməsidir. Buna görə də fərqli mənbələrdə fərqli iqtisadi zərər ifadə edilir. Amma real görünən bir mənzərə var ki, müharibənin sonunda Ermənistan dövləti mövcud olduğu illərin ən pisini yaşayacaq. Bu dövlətin hazırda dövlət borcu büdcəsindən 4 dəfəyə qədər çoxdursa, büdcə kəsiri ümumi daxili məhsulun 5%-ni üstələyibsə, müharibə sonrası aqibətini proqnoz etmək çətin deyil.
Getdikcə artan büdcə kəsirinin kompensasiyası xarici borcların sayəsində mümkün olaq ki, bu da onsuz da borc içində batan bir dövləti daha da bataqlığın dibinə çəkəcək. Nəzərə alsaq ki, Azərbaycanın vurub məhv elədiyi milyardlarla dollar qiyməti olan hərbi ehtiyatların kompensasiyası onun xarici asılılığını daha artıracaqdır. Hələ bunların üzərinə “Covid-19”-un vurduğu və vuracağı zərbəni gəlsək, onda çox güman ki, bu iqtisadi asılılıq onsuz da de-fakto müstəqil olmayan Ermənistanın siyasi müstəqilliyin tam itirilməsi məsələsini aktuallaşdıracaqdır. Onda Ermənistanın Qarabağın deyil, müstəqilliyin harayında olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB