"Neftin qiymətləri düzgün hesablanmır". Bu sözləri Kanadanın Sənaye Naziri Toni Klement mətbuat konfransında açıqlaması zamanı deyib.
SİA-nın məlumatına görə, nazir istehlakçıların və əhalinin həqiqətləri bilməsi gərəkdiyini bildirib: "Neft şirkətlərinin rəhbərlərindən neftlə bağlı bütün xərclərin hesabatını tələb edirəm. Keçən il neftin bir bareli 140-150 dollar olanda benzini 1.37 dollara alırdıq. İndi isə neftin bir bareli 98 dollardır, amma benzin isə bahalaşıb. Məslə ilə bağlı bütün səlahiyyətli şəxslər xalqa cavab verməlidir".
Qeyd edək ki, Klement mövzunun gələn həftə parlamentdə müzakirə ediləcəyini və problemin həlli üsullarının axtarılacağını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB