Azərbaycanda bank sektorunun aktivləri ilin əvvəlindən 5,1 faiz azalıb AMB

Azərbaycanda bank sektorunun aktivləri ilin əvvəlindən 5,1% azalaraq bu il sentyabr ayının 1-nə 31 065,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) SİA-ya verilən məlumata görə, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi də 14 204,5 mln. manatdan 14 304,2 mln. manata enib.

Bank sektorunun cəmi öhdəlikləri ilin əvvəlindən 6,4% azalaraq cari ilin sentyabrın 1-nə 26 351,5 mln. manat təşkil edib. Bu müddətdə depozit portfeli( maliyyə institutları istisna olmaqla) 21 326,7 mln. manatdan 19 569,7 mln. manata azalıb. Portfelin 7 763,7 mln. manatını fiziki şəxslərin depozitləri əhatə edib. Hesabata əsasən, fiziki şəxslərin depozitlərinin həcmində ilin əvvəlinə nisbətən 8,7% azalma qeydə alınıb.

Cari il sentyabr ayının 1-nə bank sektorunun cəmi kapitalı 4 714,4 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 2,9% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə