CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 41,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır. Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,87 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə