ASA-ya yeni komitə sədri seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinə yeni sədr seçilib. ASA-dan SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub.

Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə