“Qara qızıl”a göz dəydi
Səhəri kəskin bahalşma ilə açan neft öz qiymətini saxlaya bilməyib. SİA-nın xəbərinə görə, bu gün dünya bazarlarında neftin qiyməti düşüb. Ekspertlərin fikrincə buna səbəb ABŞ-da "qara qızıl" ehtiyatlarının artmasıdır. Belə ki, bu gün Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0.62 dollar və ya 0.6 faiz ucuzlaşaraq 1 barelə görə 101,93 dollar təşkil edib.

ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri 0.37 dollar və ya 0.32 faizn düşərək 115,53 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə