İlon Mask dünyanın ən varlı beş adamı siyahısından çıxdı “Bloomberg” agentliyi
Bir sutkada 16,3 milyard ABŞ dolları itirən “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask dünyanın ən varlı beş adamı arasındakı mövqeyini itirib. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi, özünün “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb.
Reytinqə əsasən, Maskın sərvəti hazırda 82,2 milyard ABŞ dollarıdır ki, bu da onun altıncı olduğunu təsdiqləyir. Agentlik BBI tarixində bu azalmanın ən böyük günlük azalma olduğunu da vurğulayır.
Qeyd olunur ki, İlon Maskın sərvətindəki belə kəskin azalmaya səbəb “Tesla”nın səhmlərinin xeyli ucuzlaşması olub. Xatırladılır ki, dünən elektriklə işləyən avtomobil istehsalçısının səhmlərinin dəyəri 21,06% azalaraq 330,21 ABŞ dollarına düşüb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB