"Regionun mavi qaz xəritəsi dəyişməz olaraq qalır" ÖZƏL - AÇIQLAMA
"Türkiyədə mavi qaz yataqlarının tapılması nə Azərbaycanın Türkiyə ilə mavi qaz əməkdaşlığına, nə də Cənub Qaz Dəhlizinin reallaşmasına hər hansı bir mənfi təsir göstərməyəcək. Strateji tərəfdaşımız olan Türkiyənin mavi qaz idxalını müəyyən qədər azaltması, təbii ki, qardaş ölkə olan Azərbaycanın strateji maraqlarına da uyğundur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov Qara Dənizdə kəşf edilən təbii qaz yatağının regiondakı mavi qaz bazarına təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, hələ ki, Türkiyədə yalnız mavi qaz yataqlarının tapılmasından söhbət gedir və təbii olaraq kəşfiyyat işləri aparılacaq və bu işlər aparıldıqdan sonra qaz hasilatının rentabel olub-olmadığı müəyyənləşdiriləcək: "Ondan sonra təbii ki, qaz hasilatı əgər rentabeldirsə, məhz, qazın hasil edilməsi mümkündürsə və ehtiyatlar çoxdursa, gələcəkdə xarici bazara çıxarılması üzərində araşdırılma aparılacaq. Lakin, bu Azərbaycanın mavi qazının Türkiyə bazarına daxil olmasına hər hansı bir problem yaratmır. Çünki, nəticə etibarilə belə yataqlar varsa, onların işləməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq TANAP layihəsi ilə mavi qazı Türkiyə bazarına nəql edir. Eyni zamanda, Türkiyənin mavi qaza olan tələbi də kifayət qədər yüksəkdir. Bu tələbin ödənilməsi üçün Türkiyə Azərbaycanın mavi qazı ilə yanaşı, Rusiyadan da mavi qazı idxal edir. İndiki halda və yaxın illər üçün Türkiyə, bu yataqların tapılması və istismarı fonunda belə mavi qaz idxalçısı olaraq qalacaq. Bu Azərbaycan və Türkiyə arasındakı mavi qaz əməkdaşlığına təsir göstərməyəcək".
Millət vəkili əlavə edib ki, bu konteksdə regionun mavi qaz xəritəsi hələlik dəyişməz olaraq qalır: "Çünki, yenə də bütün hallarda strateji dövr üçün mavi qaz dəyişikliklərindən söhbət gedir. Bu baxımdan, Türkiyədə mavi qaz yataqlarının tapılması, nə Azərbaycanın Türkiyə ilə mavi qaz əməkdaşlığına, nə də Cənub Qaz Dəhlizinin reallaşmasına hər hansı bir mənfi təsir göstərməyəcək. Strateji tərəfdaşımız olan Türkiyənin mavi qaz idxalını müəyyən qədər azaltması təbii ki, qardaş ölkə olan Azərbaycanın strateji maraqlarına da uyğundur. Bu xəbər iki regionun mavi qaz bazarında balansının dəyişməsinə gətirib çıxarmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB