Neftin qiyməti aşağı düşüb

Dünya bazarında neftin qiyməti aşağı düşüb. SİA "Bloomberg"ə istinadən xəbər verir ki, dünya bazarında "Brent" markalı neftin qiyməti 0.14 faiz və ya 0.06 ABŞ dolları qədər ucuzlaşıb.

Hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 44.29 ABŞ dolları təşkil edir.

WTI markalı yüngül neftin qiyməti isə 0.24 faiz və ya 0.10 ABŞ dolları civarında ucuzlaşıb. Hazırda WTI markalı neftin bir barelinin qiyməti 42.24 ABŞ dollarını təşkil edir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə