Milli Məclisdə neft yataqlarının istismarı ilə bağlı qanun layihəsi qəbul olunub
Bu gün Milli Məclisdə Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında müzakirə aparılıb. SİA-nın məlumatına görə, layihədə xarici investor 75 faiz, ARDNŞ isə 25 faiz paya sahibdir. Müqaviləyə əsasən, 90 gün ərzində yataqlarda neft hasilatı 2009-cu ilin səviyyəsinə çatdırılmalıdır. Bu hal baş verməsə, ARDNŞ müqaviləni pozmaq hüququna sahibdir. Layihə haqqında məlumat verən vitse-spiker Valeh Əsgərov bildirib ki, bu yataqlar uzun illərdir istismar olunur, ancaq yataqlardan neft çıxarılması aşağı səviyyədədir.
Daha sonra layihə müzakirəyə təqdim edilib. İlk növbədə layihəyə münasibət bildirən BAXCP sədri Qüdrət Həsənquliyev müqavilə bağlanan şirkətin həddən artıq çox paya sahib olmasını qınadığını bildirib. Onun sözlərinə görə, internetdə şirkət haqqında araşdırma aparsa da, heç bir məlumata rast gəlməyib: "Naxçıvanda belə saxta qurumlara "donqili" deyirlər. Əlinə bir dəfə mikrofon alan müğənni haqqında internetdə məlumat doludur. Ancaq bu neft şirkəti haqqında bir cümlə də yoxdur. Azərbaycanın bu cür bilinməyən şirkətlərlə müqavilə imzalamamalıdır. Tələb edirəm ki, ARDNŞ bu və bunun kimi şirkətlərlə bağlı məlumat versin".
Daha sonra söz alan ADİP sədri Asim Mollazadə çıxışında layihənin pay bölgüsü məsələsinə toxunaraq xarici investorlara verilmiş 75 faizlik payın artıq olduğunu qeyd edib.
Vitse-spiker Valeh Əsgərov BAXCP sədrinin sözlərinə münasibət bildirərək deyib ki, bu layihəyə mənfəət çox da böyük olmadığı üçün böyük şirkətlər buranı işlətməkdə maraqlı deyil. Ona görə də, qismən az tanınan şirkətlə müqavilə imzalanıb. Onun sözlərinə görə, bu şirkətlə BP və onun kimi şirkətləri müqayisə etmək düzgün deyil.
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov isə öz çıxışında müqaviləni imzalayan ARDNŞ hərtərəfli şəkildə məsələni araşdırdığını bildirib. O bildirib ki, müqavilə ölkə prezidentinin imzası ilə müzakirəyə çıxarılıb: "Ona görə də kimsə internetdə şirkətin adını tapa bilmirsə, bu o demək deyil ki, müqavilə və ya müqavilədəki tərəflər məsuliyyət daşımırlar".
S.Novruzov eyni zamanda Q.Həsənquliyevin iradlarına münasibət bildirərək, onu ARDNŞ haqqında dediyi fikirlərdə daha obyektiv olmağa səsləyib. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB