Əli Məsimli: “Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevirilib”

Əli Məsimli: “Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevirilib”
"Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevirilib". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Əli Məsimli son günlər müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, prezidentin əmək haqlarının artırılması ilə bağlı fərmanları əhalinin rifah halının artmasına xidmət edir. Lakin bundan istifadə edən bir qrup insan bazarlarda qiymətləri dərhal artırırlar. "Bu cür hallar yerli istehsalı boğur. Əgər işbazlar 10 fazi artım edirsə, o zaman onlar il ərzində 137 milyon məbləğində qazanc əldə edirlər. Lakin buna yol vermək olmaz. Belə çıxır ki, əmək haqqları 20 faiz artacaqsa, malların qiyməti də qaldırılacaq. Haqsız rəqabətə qarşı mübarizə gücləndirilməli, Milli Məclis bu prosesə qoşulmalıdır. Süni qüymət qaldırılması mütəşəkkil cinayətkarlığın bir növü kimi qiymətləndirilməli və bahalaşmaya yol verənlər cəzalandırılmalıdır. Başqa cür qarşısını almaq mümkün deyil. Qısa müddətdə ancaq bu yolla qarşısını almaq olar", -deyə Ə Məsimli vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə