7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində ölkəmiz də təmsil olunacaq
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə cari ilin may ayının 11-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir və nazir müavinləri səviyyəsində təşkil olunacaq sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək "Ağıllı cəmiyyət və mobil inqilab" mövzusunda öz fikirləri ilə bölüşək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər.
Sammitə gələn qonaqlar həmçinin Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB