Ötən ay Ceyhan limanından dünya bazarlarına 2,9 milyon ton Azərbaycan nefti çıxarılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, aprel ayında Ceyhan limanından dünya bazarlarına 2,9 milyon ton Azərbaycan nefti çıxarılıb. (Bu həcmin 2,5 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Yanvar-aprel aylarında bu göstərici 11,2 milyon ton təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara veriləndən may ayının 1-dək dünya bazarlarına 153,1 milyon ton Azərbaycan nefti yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB