Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanı yeni inkişaf erasının tələblərinə uyğun olaraq keyfiyyət və kəmiyyət baxımından zənginləşdirən Prezident İlham Əliyev mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Azərbaycan iqtisadi baxımdan heç bir ölkədən asılı olmayan, müstəqil inkişaf imkanlarına malik bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin inkişaf etdirdiyi bu konsepsiyanın həyata keçirilməsi nəticəsində respublikamız keçid iqtisadiyyatını arxada qoyub. Azərbaycan iqtisadiyyatı son illərdə dinamikasına və pozitiv artımına görə, fərqlənməklə bərabər, həm də iqtisadi və sosial sferanın ümumi mənzərəsində yeni modernizasiya elementlərinin hiss olunması ilə də diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, bu dinamizm, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyi, sosial islahatların tamamilə modernizasiyası yeni iqtisadi modelin doğurduğu pozitiv tendensiyaların məntiqi nəticəsidir. Ölkəmiz hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Bir sözlə, iqtisadiyyatın modernləşməsi sosial strukturların da yeni innovasiyalara uyğunlaşmasını tələb edir və bu istiqamətdə də pozitivlik artmaqdadır.
Artıq dünya Azərbaycanı "orta gəlirli ölkələr" statusuna daxil ola biləcək ən potensial dövlət kimi qəbul edir və bu iqtisadi güc sözsüz ki, ölkənin və onun insanlarının yaxşı yaşayışının göstəricisini müəyyən edir. Bu siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın "orta gəlirli ölkələr" şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, "orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcmi 17-18 min dollara çatdırılması əsas meyardır. Ölkəmizdə hazırda hər nəfərə düşən milli məhsulun həcmi təxminən 10 min dollar təşkil edir. Yəni, ölkəmizin iqtisadiyyatının artım tempini 2 dəfə artırmaqla buna nail olmaq mümkündür. ÜDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır.
Azərbaycanın perspektiv uğurlarının yaxın onillikdə müşahidə olunacağını beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan edir. Məsələn, BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, "orta gəlirli ölkələr" qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın tam imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət olsun. XXI əsrin ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı dövrdə - yeni onillikdə makroiqtisadi sabitlik qorunub saxlanılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi, yeni aqrar sektorun inkişafında intensiv üsullara üstünlüyün verilməsi, iqtisadiyyatın klasterlər üzrə inkişafı, biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi modelinin növbəti strateji hədəflərini təşkil edəcək.
Mövcud inkişaf meyilləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın onillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta rezervlərinin il ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbaycanın "orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır. Azərbaycan yaxın onillikdə yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olaraq regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.
Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş olacaq. ÜDM-nin həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB