Yaponiya radiasiyasına qarşı Çilidə etiraz

Yaponiya radiasiyasına qarşı Çilidə etiraz
Yaponiyadan yola çıxan radiasiyalı avtomobillər Çiliyə çatıb. Yaponiyadan sifariş verilən 2500 Hyundai maşınlarının 21-də radiasiya aşkarlanınca limandakı işçilər də tətilə gedib. Sağlamlıqlarının təhlükədə olduğunu söyləyən liman işçilərini rahatlaşdıran münasibət isə Çili Nüvə Komissiyasından gəlib. Komissiyanın şərhinə görə, 21 avtomobildə müşahidə edilən radiasiya nisbətləri çox aşağıdır və bu nisbətdəki radiasiya insan sağlamlığına zərər verə bilməz. Bundan sonra radiasiyanın təmizlənə bilməsi üçün avtomobillər gəminin içərisində yuyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə