"İpoteka kreditlərində 37 milyon manat artım qeydə alınıb" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Mərkəzi Bankının bir nömrəli vəzifəsi ölkədə makroiqtisadi və maliyyə sabitliiynin qorunub saxlanılmasıdır. 2020-ci ilin birinci yarısında dünya bazarlarında neftin qiymətində kəskin azalmaların baş verməsi və qlobal pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ölkə iqtisadiyyatının azalmasına, o cümlədən bank sektoru qarşısında da yeni vəzifələr qoyulmasına gətirib çıxardıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, hazırda həm sosial siyasət, həm də büdcə, pul-kredit siyasəti başlıca olaraq pandemiyadan zərər çəkmiş əhalinin, biznesin gəlirlərinin neytrallaşmasına yönəldilib: "Mərkəzi Bank tərəfindən düzgün idarə olunan pul-kredit siyasəti milli valyutamız manatın inflyasını aşağı həddə qalmasına imkan verib , iqtisadiyyatın bir çox sahələrinin inkişaf tempini qorunub saxlanmasını şərtləndirib. 2020-ci ilin 6 ayında banklarda bir sıra indikatorları üzrə azalmalar olsa da, artım olan indukatorlar da mövcuddur. Məsələn, bankların kredit portfeli 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,9% azalma müşahidə olunmuşdur. Kreditlərin tərkibində biznes və istehlak kreditlərin payında azalma olmuş, lakin ipoteka kreditlərin həcmi isə 3,8% artmışdır. Təkcə iyun ayında verilən ipoteka kreditlərində 37 milyon manat artım qeydə alınıb.
Hökumətin pandemiya və postpandemiya dövründə iqtisadi fəallığının qorunub saxlanması istiqamətində nəzərdə tutulan tədbirlərin üçüncü istiqaməti makroiqtisadi və maliyyə sabitliyinə dövlət dəstəyi təşkil edir.
Bu istiqamət üzrə nəzərdə tutulan tədbirlərin icrasında kredit faizlərinin subsidiyalaşdırılması, ipoteka kreditlərin stimullaşdırılması, biznes və istehlak təyinatlı kreditlərin tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması, Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi və digər tədbirlər nəzərdə tutulur ki, bu da ölkədə makroqitisadi və maliyyə sabitliyinin təmin olunmasına, bankların fəaliyyətinə pandemiyanın təsirlərinin minimumlaşdırılmasına imkan verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB