Cari ildə neftin gətirəcəyi qazanc və xərclərimiz nədən ibarətdir? ÖZƏL - AÇIQLAMA

Cari ildə neftin gətirəcəyi qazanc və xərclərimiz nədən ibarətdir? ÖZƏL - AÇIQLAMA

"Birinci yarım ilin yekunu elan edilən satış qiyməti və Neft Fonduna gələn mənfəət nefti arasındakı fərqə baxsaq 4 dollar 5 sent fərq mövcuddur. Bu gün Azərbaycan neftinin satış qiyməti 44 ABŞ dollarıdırsa, real olaraq oradan qazancımız 40 ABŞ doları civarındadır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, hazırda dünya bazarında neftin bir barelinin qiyməti 43 ABŞ dollarıdır və bu, qiymət Azərbaycan üçün qənaətbəxş deyil: "Çünki, Azərbaycanın büdcəsində cari il üçün neftin orta ixrac qiyməti 55 ABŞ dollarından götürülüb. Neftin orta ixrac qiyməti 55 ABŞ dollarından götürələndə hesab edilirdi ki, ölkədə cari il üçün 37 milyon ton neft hasil ediləcək. Ancaq cari ildə OPEK+ çərçivəsində öhdəliklərin götürülməsi ilə əlaqədar olaraq və ilk altı ayın yekunlarına əsasən 1 milyon ton neftin ötən ilin müvafiq dövrü ilə müqayisədə azalması nəzərə alınaraq, cari ildə 2 milyon ton neftin azalması proqnoz oluna bilər".

İlham Şaban bildirib ki, Azərbaycan neftinin 44-45 ABŞ dollarə ətrfında satılmasına arxayınlaşmaq lazım deyil, çünki, bu, əlimizə tam çatan qiymət deyil: "Bura bir sıra xərclər daxildır hansı ki, neftin tankerlərə yükləməsi, alıcıya çatdırmaq üzrə daşındığı müddətdə sığortalanması və nefti daşıyanın gəliri də bu xərclərə əlavə edilir. Orta hesabla, birinci yarım ilin yekunu elan edilən qiymət, yəni, satış qiyməti və Neft Fonduna gələn mənfəət nefti arasındakı fərqə baxsaq 4 dollar 5 sent fərq mövcuddur. Bu gün Azərbaycan neftinin satış qiyməti 44 ABŞ dollarıdırsa, real olaraq oradan qazancımız 40 ABŞ doları civarındadır".

Neft Araşdırmaları Mərkəzi rəhbərinin fikrincə, digər bir tərəfdən ötən ilin həcmləri ilə bu ilə proqnoz edilən həcmləri tutuşdursaq real olaraq qiymət hardasa 35-36 dollar ətrafındadır: "Düzdür, hazırda büdcədə problem nəzərə çarpmır. Çünki, Neft Fondundan hökumət istədiyi qədər fiksasiya, yəni, kapital ala bilir. Lakin, xəzinəyə gələn pul azalır. Bu baxımdan sonrakı dövrdə 3-cü və 4-cü rübdə kəsrlər ola bilər. Bu da qiymətlərdən asılıdır. Biz cari ilin neft qiymətlərinin gətirəcəyi qazanc və xərclərimiz baxımından kəsrlə baş vuracağıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə