Ötən həftə beynəlxalq əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində qızılın 1 unsiyasının qiyməti 1 545,60 dollara çatıb ki, bu da qızılın qiymətinin bu il üçün yeni tarixi maksimumudur. Hazırda qızıl ticarət sessiyasında bahalaşması davam edir. Belə ki, qızılın bir ünsiyası 1.558,50 dollar təşkil edib.
Qızıla olan tələbatın artmasını dolların ucuzlaşması və səhm bazarında kotirovkaların enməsindən sığortalanma cəhdi ilə əlaqələndirən mütəxəssislər hazırda müşahidə olunan bahalaşmanı misli görünməmiş hadisə kimi qiymətləndirirlər
Analitiklərin fikrincə, qızıl bazarında qiymətlərin artımı davam edəcək. Hətta qızılın 2011-cu ilin ilk rübündə 1 400 dollaradək bahalaşacağını proqnozlaşdıran mütəxəssislər hazırda müşahidə olunan dinamika saxlandığı halda, cari ilin sonuna kimi qızılın 1.600 dolları keçəcəyini istisna etmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB