“Chevron Corp.”un gəlirləri artıb

“Chevron Corp.”un gəlirləri artıb

ABŞ-ın ikinci nəhəng neft-qaz şirkəti olan "Chevron Corp."un xalis mənfəəti cari ilin I rübündə 36% artıb. SİA-nın APA-ya istinadən verdiyi məlumata görə, buna neftin qiymətinin kəskin artması səbəb olub.

 

Bu ilin ilk üç ayında şirkətin xalis mənfəəti 6,21 mlrd. dollar olub, gəliri isə 25% artaraq 60,34 mlrd. dollara çatıb. Maraqlıdır ki, hesabat dövründə "Chevron"un orta sutkalıq hasilatı bir il əvvəlki göstərici ilə müqayisədə azalaraq 2,78 mln. bareldən 2,76 mln. barelə enib.

 

Qeyd edək ki, "Chevron Corp."un dünya üzrə 60 min əməkdaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə