SOCAR Türkiyə aktivlərindən 9,4 milyard manat gəlir əldə edib

SOCAR Türkiyə aktivlərindən 9,4 milyard manat gəlir əldə edib

SOCAR-ın Türkiyədəki aktivləri hesabına əldə etdiyi gəlir ötən il 9 377 mln. manat təşkil edib. SİA xəbər verir ki, bu 2018-ci ilin göstəricisi ilə müqayisədə 88,5% çoxdur.

Bu barədə SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatında məlumat verilib. Hesabata əsasən, ötən il SOCAR-ın Gürcüstan üzrə gəlirləri 1 172 mln. manat olub ki, bu da illik ifadədə 4,3% çoxdur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə