Sabah Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ilə Koreyanın Beynəlxalq Əməkdaşlıq şirkəti (KOİCA) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanacaq. SİA-nın məlumatına görə, bu barədə SMPDK-nin İctimayətlə Əlaqələr Sektorunun rəhbəri Fazil Talıblı SalamNews-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, SMPDK ilə KOİKA arasında Azərbaycanda patent sahəsinin inkişafı ilə bağlı birgə qrant layihəsinin imzalanması da gözlənilir: "Layihə Azərbaycanda əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Cənubi Koreya Respublikasında uğurlu iqtisadi nəticələr vermiş "KİPOnet" sisteminin Azərbaycanda tətbiqi də nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB