Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək
Sabah Bakıda Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcəkdir. SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsouridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB