Ziyad Səmədzadə: “2011-ci ilin dövlət büdcəsində böyük artım olacaq”

Ziyad Səmədzadə: “2011-ci ilin dövlət büdcəsində böyük artım olacaq”

Mayın sonu büdcə dəyişiklikləri ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunacaq. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib. Komitə sədri deyib ki, 2011-ci ilin dövlət büdcəsində böyük artım olacaq: "Bu artım dövlət başçısı tərəfindən müəyyən edilən strateji proqramların həyata keçirilməsinə, vacib investisiya layihələrinin maliyyələşdirilməsinə yönələcək. Eyni zamanda dövlət qurumlarında işləyən şəxslərin də aylıq məvacibində, həmçinin pensiyaya çıxmış insanların pensiyasında dəyişikliklər gözlənilir".

 

Komitə sədri həmçinin Milli Məclisin yaz sessiyasında bir sıra qanun layihələrin müzakirə ediləcəyini deyib: "Yaz sessiyasında "İcbari sığortalar haqqında" qanun müzakirə olunacaq. Qanunla bağlı artıq işçi qrupu yaradılıb və üzərində ciddi iş gedir. "Gömrük haqqında məcəllə"ni ikinci oxunuşda biz müzakirəyə edəcəyik. Əgər yaz sessiyasında biz iki mühüm qanunu üçüncü oxunuşda qəbul etsək, bu özü tarixi hadisə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə