İltimas Məmmədov: "İyun ayından elektron imzaların tətbiqinə başlanılacaq"
"Cari ilin iyun ayında elektron imzaların tətbiqinə başlanılacaq". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, bu imzalar əsasən elektron formada olan müraciətlərdə tətbiq olunacaq: "Bu kodlar yığımı olacaq. İstənilən dövlət qurumuna elektron imza ilə müraciət etmək mümkün olacaq. Çünki ilk olaraq dövlət qurumları bu formada müraciətləri qəbul edəcəklər. Vətəndaş elektron imza ilə müraciət etdisə, həmin imzanın və həmin sənədin sona qədər icrası elektron formada başa çatacaq. İstənilən mərhələdə sənədin harda olduğunu izləyə biləcək. Bu elektron imzaya malik olmaq artıq imkan verəcək ki, vətəndaşın sosial statusundan asılı olmayaraq müraciətin həyata keçirilməsində, dövlət qulluğuna və ya digər sahələrə sənəd verməsində vətəndaşın ora gedib iştirakına ehtiyac olmasın. Elektron imza ilə daxil olan sənəd tam formada olur. Yəni həmin sənəddə bir sözü, cümləni dəyişmək olmayacaq".
Nazir müavini bildirib ki, elektron imzanın əsas icraçısı "Microsoft" şirkətidir. Lakin onun xüsusi hissələrini işləyən yerli şirkətlərdir: "Mayın üçü tarixində "Microsoft"un innovasiya layihələrinin təqdimatı mərasimi keçiriləcək. Burada elektron imza barəsində də məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB