Azərbaycan sahibkarları Türkiyədə 3 milyard dollardan artıq sərmayə yatırıblar

Azərbaycan sahibkarları Türkiyədə 3 milyard dollardan artıq sərmayə yatırıblar

Azərbaycanın iqtisadi inkişafına Türkiyə həmişə dəstək olacaqdır.
SİA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Türkiyə Dövlət Planlama Təşkilatının Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin müdiri Mətin Eker deyib.

O qeyd edib ki, son illər qarşılıqlı ticarət əlaqələrində böyük inkişaf müşahidə olunmuşdur. Türkiyədə Azərbaycan sahibkarları 3 milyard dollardan artıq sərmayə yatırıblar. Bu investisiyalar turizm, neft-kimya sektorunun payına düşür.
Türkiyə sahibkarları isə Azərbaycana 6 milyard dollardan artıq səmayə qoymuşlar. Ümumilikdə isə 2002-ci ildən bəri iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollar, təkcə ötən il isə 1 milyard dollar təşkil etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə