Qlobal reklam bazarı cari ilin sonunadək koronavirus pandemiyasının təsirindən əziyyət çəkəcək, lakin artıq gələn il sözügedən sahənin bərpa olunacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə "IPG Mediabrands" şirkətinin bölməsi olan "Magna Global"ın araşdırmasında deyilir.
Araşdırmada qeyd olunur ki, bu il qlobal reklam gəlirləri 7 faiz azalacaq. Yəni gəlirlər 582 mlrd. ABŞ dollarından 540 mlrd. dollarınadək düşəcək. Küçə, televiziya, radio, çap reklamlarından, həmçinin kinoteatrlarda reklamdan əldə olunan gəlir 16 faiz azalaraq 238 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Rəqəmsal reklamdan (axtarış, video, sosial şəbəkələr, bannerlər) mütəxəssislər daha yaxşı dinamika gözləyir və gəlirlərin 1 faiz artımla 302 mlrd. dollara qədər yüksələcəyi ehtimal olunur. Bu, əsasən, pandemiya səbəbindən istifadəçilərin daha çox vaxtını onlayn keçirməsi və smartfonlardan daha aktiv istifadə etmələri ilə əlaqədardır.
Belə ki, SMM və onlayn reklam sahələri 8 faiz artacaq. Axtarış ən böyük rəqəmsal reklam formatı olaraq qalacaq (142 mlrd. dollar), lakin qlobal satışlarda durğunluq olacaq. Sosial mediada reklam gəlirləri əvvəlki illərlə müqayisədə az olacaq, banner reklamlarının gəlirləri isə 11 faiz azalacaq.
İdman verilişlərinin olmaması və ümumiyyətlə tələbatın az olması səbəbindən teleiziyada reklamdan əldə olunan gəlirlər 12 faiz azalacaq. Mütəxəssislər çap sənayesində reklam gəlirlərinin azalmasını 32 faiz, radioda isə reklam satışlarının 15 faiz azalacağını gözləyir.
Ən böyük azalma isə kinoteatrlarda reklam gəlirlərində proqnozlaşdırılır ki, 40 faiz olacaq.
Ekspertlər hesab edir ki, 2021-ci ildə böyük idman tədbirləri hesabına reklam gəlirləri 6,1 faiz artacaq. Buna baxmayaraq, bərpa uzunmüddətli perspektivdə reklam sənayesinə mənfi təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB