“Light Sweet Crude Oil” markalı neft 2 il ərzində ən yüksək qiymətə satılıb
Səudiyyə Ərəbistanında nümayişçilər və polis arasında baş verən toqquşmalar iri neft ixracatçısı olan bu ölkə ilə bağlı narahatlıqlar yaradıb. SİA-nın xəbərinə görə, belə bir şəraitdə ötən gün dünya bazarında neftin qiymətində qalxma müşahidə olunub. London birjasında "Brent Crude Oil" markalı neftinin bir barelinin qiyməti 0.11 faiz bahalaşaraq 125,02 dollar təşkil edib.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neft 31 ay ərzində ən yüksək qiymətə yəni bir barelinin qiyməti 0,10 dollar artaraq, 112,86 dollara qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB