Neftin qiyməti yenidən aşağı düşə bilər PROQNOZ

Neftin qiyməti yenidən aşağı düşə bilər PROQNOZ

"Goldman Sachs" neftin qısamüddətli perspektivdə 35 dollara düşəcəyini proqnozlaşdırıb. SİA xəbər verir ki, bankın bildirdiyi kimi, emal mənfəətinin misli görünməmiş dərəcəyə enməsi, neftin qiymətinin həddən artıq yüksək olduğunu göstərir.

Bazar ertəsi günü "Brent" markalı neftin qiyməti, iyul ayında ümumu hasilatı 9,6 milyon barelə endirməyə razılıq verən OPEC+ ölkələri sazişin müddətini uzatdıqdan sonra 43 dolları keçib.

"Goldman Sachs" neftin qiymətinin illik proqnozunu dəyişdirib və onu 35,6 dollardan 40,4 dollaradək təyin edib. WTI neftinə gəldikdə, bank onun bu il 36 dollara satılacağını proqnozlaşdırır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə