"Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda yeni quyu istismara verilib
"Neft Daşları" yatağındakı 1887-ci özüldən 2118 nömrəli quyu istismara verilib. Azərbaycan Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən qazılmış quyu 2512-2498 metr intervaldan sutkada 35 ton neft və 22 min kubmetr qaz hasilatı ilə işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə