Türkiyə Naxçıvana qaz kəmərinin tikintisi ilə bağlı tender elan edəcək
Türkiyədə Naxçıvana qaz kəmərinin tikintisi ilə bağlı tender elan olunacaq. SİA-nın məlumatına görə, tenderdə iştirak üçün müraciətlər iyunun 30-a qədər qəbul olunacaq.
Boru kəmərinin ümumi uzunluğu 82 kilometrdir. Tenderin qalibi 270 gün ərzində tikintini yekunlaşdırmalıdır.
Qeyd edək ki, hazırda Naxçıvana qaz İrandan svop əməliyyatı ilə tədarük olunur.
Bir qədər əvvəl Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyindən bildirilmişdi ki, İqdır vilayətindən Naxçıvana boru kəmərinin tikintisi Türkiyə və Azərbaycan üçün prioritet məsələdir. (trend)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB