Nigeriya OPEC+ sazişi üzrə yerinə yetirilməyən öhdəliyi kompensasiya edəcək

Nigeriya OPEC+ sazişi üzrə may-iyun aylarında üzərinə götürdüyü öhdəliklər çərçivəsində yerinə yetirilməyən öhdəlikləri iyul-sentyabr aylarında kompensasiya edəcəyinə söz verib. “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.

“Nigeriya mövcud saziş üzrə öhdəliklərini təsdiqləyir, may-iyun aylarında öhdəliklərini tam yerinə bitirə bilməyən və bu səbəbdən iyul, avqust və sentyabr aylarında bunu kompensasiya etməklə bağlı konsepsiyaya qoşulur”, - qurumun rəsmi “Twitter” səhifəsində deyilir.

Alyans daha əvvəl bazarın vəziyyətinə əsasən, sazişin şərtlərinin dəyişdirilə biləcəyini qeyd edib. Belə ki, indi ölkələr iyun ayından sonra da neft hasilatının gündəlik 9,7 milyon barel azaldılma həcminin daha bir müddət qorunub saxlanılmasını müzakirə edirlər, lakin belə qərarın qəbul ediləməsində əsas məqam ənənəvi pozucular – İraq, Nigeriya və Qazaxıstan da daxil olmaqla, hamının öhdəliklərinə tam əməl etməsidir.

Xatırladaq ki, bu gün OPEC və OPEC+ ölkələri sazişin ilkin nəticələri, onun ölkələr tərəfindən həyata keçirilməsi və sazişin gələcək taleyinin müzakirə ediləcəyi iclas keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə