Azərbaycanda avtomobil benzininin istehsalı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 041,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1 faiz artıb. SİA-nın məlumatına görə, neft məhsullarından neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6,0 faiz azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində isə 385,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...